Havaya görə bütün limanlar bağlandı

  Havaya görə bütün limanlar bağlandı
Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

Miq.az xəbər verir ki, bu barədə "Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib”, – o bildirib.

Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-ə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.

Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az