“Hazırda bircə kompromat video ilə istənilən insanı bitirmək mümkündür”
"Seçki ağır olacaq...” – Elşən Musayevdən sensasion iddialar
Elşən Musayev
Düz
3 ay yarımdan sonra ölkədə parlament seçkiləridir. Fırtına öncəsi
sükutu yəqin çoxları sezir. Nəsə var. Amma nə? - Bax bu haqda güman ki,
dərin dövlətdən savayı kimsə məlumatlı deyil.
Con
Kerrinin otağından yönləndirilən çevriliş planı ifşa olunarkən Amerika
hətta səfirlik səviyyəsində belə doğru - dürüst açıqlama vermədi.
Halbuki "kos - koca” bir dövlətin vitse - prezidenti kifayət qədər ciddi
bir məsələdə günahkar bilinirdi. Həm də dövlət rəsmisi formatında.
Üstəlik, çox ağır yanaşma tərzi ilə.
Diplomatik
Protokolun isə önərdiyi çox amansız və dolayı rituallar (üsul -
davranış qaydaları) var. Bunu diplomatiya sahəsi ilə azacıq əlaqəsi
olanlar bilir. Dövləti bu sahədə təmsil edən birinin söylədiyi tək kəlmə
ilə yaranmış olan müharibə prezidentlərindən də xəbərdarıq. Amma diqqət
edin: Novruz Məmmədov səviyyəsində belə Qərb və qərbyönümlü qüvvələr
açıq hədəfə gəldi. Fəqət, adamların qımı da qımıldamadı. Sanki bir günah
etirafıymış kimi...
Amma bu bizim tanıdığımız Amerikadırsa
boyunduruq halı ilə çətin farağat qala. Çox güman, sentyabr ayından
etibarən açıq hədələr başlayacaq. "Tədbirlər planı” işə düşəcək. Bir
sıra məmurların, strateji vəzifə sahiblərinin ovuna çıxılacaq. Hətta
"penoplast terroru”nun davamı da istisna deyil. Ayrica, əllərindən
gələni ardına qoymayacaqlar ki, ölkədə süni "iqtisadi çöküş bumu”
yaransın. Muzdlu QHT təmsilçiləri isə tam aktivləşsin...
Yenə də fikri əsas hədəfdən – İNTERNETDƏN yayındırmaq üçün!
Bəli,
bunu dövlət və hakimiyyət mənsubları da gözəl bilir: müasir həyata və
ictimai – siyasi proseslərə siraət kontekstində bu gün internetin gücü
fantastikdir. İnsanlar internetdən, sosial şəbəkələrdən az qala narkotik
səviyyəsində asılıdır. Düzdür, bəzi "ağıllı” məmurlarımız bu məsələnin
kökündən həll edilməsini təklif edirlər. Amma paralel olaraq anlamırlar
ki, bu halda hirs və aqressiya dalğası daha ağır ola bilər.
Qərbin
beyin institutlarının (Kerrinin başçılığı altında) ölkəmizlə bağlı
düzənlədiyi çevriliş planında isə internetdən əsas silah kimi istifadə
olunacağı qənaətindəyəm. Hətta buna əminəm. Çünki illərdir kompromat
kolleksiyası yığılır. Ələlxüsus da bəzi məmurlar və onların övladları
ilə bağlı. Heç uzağa getməyin: Adi "facebook”un gücü (hələ başqa sosial
şəbəkələri demirəm) bu günki reallıqda çox yox, bircə video ilə
istənilən perspektivli insanı, siyasini, namizədi "vurmaq” və "bitirmək”
gücündədir.
Hər halda hakimiyyət texnoloqları
eyni adlı nüansın doğura biləcəyi faciələrin yaşanma şansını,
perspektivini sıfıra endirmək, aradan qaldırmaq üçün baş sındırırlar.
Buna şübhəm yoxdur. Çünki cənab Prezidentin son çıxışlarından da ap -
aydın sezilir ki, əsas prioritet və hədəf hakimiyyəti ləkəli
insanlardan təmizləmək, xilas etməkdir. Hətta ölkə başçısı bununla bağlı
xalqa açıq bir mətnlə müraciət də ünvanlamışdı: "Prezident təkdir, o
hər kəsə və hər şeyə nəzarət edə bilməz. İctimai nəzarəti sizlər həyata
keçirməlisiniz. Lazımi məqamlarda mənə kömək etməlisiniz”
***
Əslində
Qərbin Azərbaycandakı əlaltıları, onun zaman - zaman işlədiyi, sərmayə
qoyduğu insanlar da xüsusi bir tərcümeyi - hala sahib deyil. Heç bir
zaman da olmayıb. Ələlxüsus, saflıq baxımından. Yəni hakimiyyətin bu
meydanda da rəqiblə oynamağa yetərli kartları var. Bəzilərini isə rezerv
saxlayır və sadəcə məqamı gələndə istifadə edir. Məsələn, adi bir fakt
deyim: yəqin Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin son Prezident seçkilərindən düz 2 ay sonra Amerikanın
ölkəmizdəki səfirinə xitabən ünvanladığı kəlmələri xatırlayırsınız:
"Bazarlıq təklif olundu. Səs faizləri ilə bağlı. Amma biz bundan
birmənalı şəkildə imtina etdik”.
Hər halda Mehdiyev mövcud
iqtidarın düşünən beyinlərindən biridir və eyni adlı fikirləri seçki
ərəfəsində də səsləndirə bilərdi. Deyilmi? Amma buna getmədi. Niyə?
Çünki dövlətin kompromat - resurs bazasından istifadə adekvat
vəziyyətlər üçün nəzərdə tutulur. Daha dəqiqi, həmin resurs o zaman
xərclənir ki, bunun üçün müvafiq şərait yaransın, həmin resursla
hakimiyyətin özünümüdafiə instinktini təmin etmək mümkün olsun və
nəhayət qarşında durub sənə demokratiya, insan hüquq və azadlıqları
haqqında "dərs” keçənlər, moizə oxuyanlar ani zərbənin təsiri ilə bir
anlıq sussun, səngisin, dilini dinməzcə saxlasın...
***
Artıq
start fiti verilib. MSK tərəfindən verilməsə də Qərbin bəlli dairələri
tərəfindən həmin fit dəqiq verilib. Hədəf siyasi hakimiyyətdir,
Azərbaycandır. Rəqib isə Azərbaycanı da Gürcüstan və Ukraynanın gününə
qoymaq istəyən qüvvələr. Dünyanı, bəşəriyyəti xaosa aparan qüvvələr.
Yırtıcı qüvvələr!
Seçki ağır olacaq. Buna əminəm.
Vuruşmaq isə bizim alnımıza yazılıb. Hər zaman və...elə hər mənada.