Həftəsonu qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcək - DİN-dən AÇIQLAMA

Həftəsonu qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcək - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi həftəsonu xüsusi fərqlənmə nişanı verilmiş avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:

"Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün xüsusi fərqlənmə nişanı olan şəxslər də daxildir”.

DİN sözçüsü həmçinin həftəsonu qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların cərimələnəcəyini bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az