Azərbaycanlı həkimə əxlaqsızlıq iddiası
Vətəninfo.az xəbər verir ki, İzmirdə bir univeristet xəstəxanasının urologiya şöbəsində həkim asistantı kimi fəaliyyət göstərən əslən azərbaycanlı həkim F.İ. xəstəxanaya müraciət edən iki qadın xəstənin sinəsini və cinsi orqanlarını əllədiyi əsas tutularaq “’cinsəl təcavüz’ iddiası ilə 6 ildən 20 ilə yaxın həbs tələbi ilə Ağır Cəza Məhkəməsində dava açılıb.
Hər iki hadisə univeristet xəstəxanasında ötən ilin 9 iyinunda baş verib. İdrar saxlaya bilməmələri ilə bağlı xəstəxananın urologiya şöbəsinə gəlıən 58 yaşındakı M.K., həkim F.İ.-nin otağında kimsə olmadığı zaman, məslək etikası qaydalarını pozaraq, xəstəni müainə etdiyi,qadının vajinal bölgəsini əli ilə bir müddət əllədiyini, altpaltarlarını soyunan zaman həkimin onu diqqətlə müşahidə elədiyini iddia edib. 25 yaşındakı D.E. isə həkimin onun sinəsini əllədiyini və bu hərəkəti edən zaman onun yanağından öpdüyünü iddia edərək məhkəməyə şikayyət edib. Hər iki qadının şikayyəti ilə bağlı prokrorluq həyata keçirdiyi araşdırma nəticəsində həkim asistan F.İ. haqqında “cinsəl təcavüz” iddiası ilə ağır cəza məhkəməsində dava açılıb.
Müddəhim həkimdən şikayyətçi olan M.K bildirib ki, o həkimə "Həkimin otağında özündən başqa heç kimyoxdu. Həkimə qadın tibb bacınız yoxdurmu? deyə soruşdum.Mənə biz bu işi edirik və həkimə naməhrəm deyə bir şey qadağa deyil deyə cavab verdi. Alt paltarlarimi çıxartmamı istədi. Mən də üstümü örtmək üçün örtük istədim. Üstüm açıq yarım saata yaxın kürəyi üstündə Masada eləcə qaldım. Həkim mənə həyatyoldaşımla həftə də neçə dəfə cinsi münasibətdə olduğumu soruşdu.Mən də “biz bu keçdik,bunları soruşmağa gərək yoxdu” deyə cavab verdim. Sinəmdə süd vəzlərində kista olub olmadığını soruşdu. Masadan qalxıb, köynəyimi qaldırıb çılpaq əlləri ilə döşlətimi oynatmağa başladı. Uşaq əmizdirməyimə rağmən döşlərimin daş kimi olduğunu deyib təcavüz edici sözlər danışdı. Müayinə üçün örnək verməyim lazımkən , əlini vajinal bölgəmə soxdu. Özümü sıxdığım üçün analiz verə bilmədim. “Bəsdir artıq” deyə etiraz edincə əllərini çəkdi. Klozete idrar vermək üçün oturdum. Qarşımda oturub mənə baxırdı. Çölə çıxmasını tələb edincə bir söz demədən çıxdı”. İkinci iddiaçı D,E, isə ötən il 9 iyunda urologiya şöbəsinə test müainəsi vermək üçün getdiyinii,həkimin otağına girdiyini, otaqda ikisindən başqa heç kimin olmadığını və həkimin ona soyunmasını istədiyini bildirib.
D.E. "Həkim yayağa uzanmağımı istədi.Qadın doğum masasına oturdum. Həkim otağın qapısını bağladı. Əynimdə paltarolmadığı üçün utandım. Həkim mənə “mən gündə neçə dənə görürəm,yat rahat ol” dedi. Mən rahat olmadığımı bildirdim. Yaşımı vəadımı soruşdu. Adımı deyincə de “ adında özün kimi gözəldi.oğlan dostun varmı?” deyə soruşdu. Mən bu danışdıqlarından çox utandım. Yanıma gəlib, döşlərimin kənarlarından əlləri ilə tutdu. Cinsəl orqanımı tibbi bintlə silmək istədi. Mənə sarılıb özünə tərəf çəkdi.Dodağımdan öpmək istədi başımı çəkincə boynumdan öpdü. Çölə çıxınca da vəziyyəti ata və anama danışdım. Anam həkimə “ Sən nə etdin?” deyə soruşunca da “ bir qardaşım kimi öpdüm”-deyə cavab Verdi”-deyib.
İddiaları qəbul etməyən asistan Dr. F.İ., "Ürologiya şöbəsində işləyirəm. İşçi çatışmamazlığı səbəbindən yanımda tibb bacısı yoxdu. İdrar kaçırma və qadınların vajinal bölgələr ilə bağlı xəstəliklər üzərinə araşdırmalar aparıram. Heç bir zaman kiməsə cinsəl tacavüz etmedim. D.E.-nin fiziki baxımdan rahatsızlığı vardı. Ona oturacaqdan qalxan zaman kömək etdim. Oturacaqdan qalxan zaman yanağım-yanağına dəydi.Mən kimisə öpməyə səy göstərməmişəm. M.K., isə döşündə kist olduğunu bildirdi. Qalxıb baxmamı istədi. Mən də ona ümüumi cərrahiyyə şöbəsinə getməsini bildirdim. O da mənə “sən həkimsən baxa bilərsən” dedi. Müainə zamanı kist olduğunu müəyyən etdim. Tam səmimi deyirəm həyat yoldaşı ilə cinsi münasibətə girb-girmədiyini demədiyim kimi, vajinal bölgəsini əllə taciz etmədim. Muainə zamanı bölgəni əllə açaraq asqırmasını, öksürməsini deyib, idrar qaçırıb-qaçırmadığını kontrol elədim. İdrar kanallarına baxmaq məcburiyyətindəyəm. Heç bir zaman kimisə taciz etmədim”-deyib.
Hadisəni araşdıran Respublika Prokrorluğunun prokroru Murad İnci günahlandırılan həkim haqqında “cinsəl saldırı’ iddiası ilə 6 ildən 20 ilə yaxın həbs qəti imkan tədbirinin görülməsi üçün Ağır Cəza Məhkəməsində dava açıb. Tutuqsuz mühakimə ediləcək Dr. F.İ., yaxın günlərdə hakim qarşısına çıxacaq.
Vətəninfo.az