Həm qorxur, həm də İslama dil uzadır

Həm qorxur, həm də İslama dil uzadır

Vətəninfo.az xəbər verir ki, Əl-Qaidə-nin ölüm dəftərində adı olan Hollandiyanın milliyətçi azadlıq Partiyası (PVV) lideri Qert Vilders Fransada “Charlie Hebdo” karikatur jurnalı redaksiyasına edilən silahlı hücumun islam dini olduğunu iddia edib və “Qorxmuram desəm yalan olar”-deyib.


Məlumata görə ölkəsində “Parool” qəzetinə müsahibə verən Vilders Parisdə həyata keçirilən silahlı hücumdan sonra.səhərə kimi yata bilmədiyini qeyd edib:


"Bir gün belə bir hadisənin olacağını bilirdim. Amma yenə də ürkürəm”.

Qeyd edək ki, qatı millətçi lider, parisdə həyata keçirilən terrorun ardından etdiyi açıqlamada, “bu bir müharibədir”-demişdi.


Hollandiyada təcili olaraq parlamentin işə başlamasını tələb edən Vilders cihatçılara qarşı daha daha ağır qərarların qəbul edilməsini təklif edib. Vilders qeyd edib ki, Suriyadan ölkəsinə qayıdan  yüzlərlə cihatçının Hollandiya və digər Avropa ölkələrində rahat şəkildə yaşadıqlarını da vurğulayıb. Bunun normal bir vəziyyət olmadığını qeyd edən millətçi lider Suriyadan qayıdan şəxslərin təcili olaraq həbs edilmələrinin ən doğru yol olduğunu qeyd edib. Vilders qeyd edib ki. Belə bir addımı atmaq üçün məhkəmənin hansısa qərar verməsinə də ehtiyac yoxdu.

"Müsəlman miqrantlara qaplarımızı bağlamalıyıq. Çoxluğun təhlükəsizliyi bir neçə insanın hüquqlarından daha vacibdir. Əgər hansısa addımlar atmasaq, eyni hücumlar Hollandiyada da olacaq".

Sağ millətçi partiya lideri əlavə olaraq qeyd edib ki, ölkəsi müsəlman ölkələrindən ölkəsinə pənah gətirən köçkünlərə qaplarını bağlamaqla yanaşı, eyni zamanda ölkədəki radikal islamçı cəmiyyətlər də bağlanmalı, cəmiyyət üzvüləri ölkəsindən deportasiya edilməlidir. Vilders müsahibəsində həddini aşaraq islam dininə olan kin və nifrətinidə dilə gətirib.
Jurnalistin “Hollandiya mədəniyyətinin əsas bir hissəsidə dini azadlıqlardı.amma siz məscidləri bağlamaq istəyirsiniz”-sualına cavabında qeyd edib ki,  o İslamı din olaraq görmür:

"İslam müqəddəs bir dinin dəyərlərini özündə əks etdirir. Kitabı da var,peyğəmbəri də. Amma din deyil,totalitar bir idalogiyadır,təhlükəli, qorxuducu və şiddətin tərəfində olan bir idalogiyadır. Mənim mövqeim belədir".


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az