Həmid Kərzai Azərbaycana gələcək

Həmid Kərzai Azərbaycana gələcək

Vətəninfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, Əfqanıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Həmid Kərzai aprelin sonunda Azərbaycana gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya düzənində etimadın bərpa olunması mövzusuna həsr olunan Forumun ilk günündə Həmid Kərzainin çıxışı planlaşdırılır.


Qeyd edək ki, Həmid Kərzai Taliban rejimindən sonra Əfqanıstanın ilk prezidenti olub. İki dönəm prezident seçilən H.Kərzai 2014-cü ilədək ölkəsinə rəhbərlik edib. 
Xatırladaq ki, aprelin 28-30-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda 40-dan çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir.


Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az