"Həmin məmurlar yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər" - Deputat


Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib.
Bakupost.az xəbər verir ki, T. Kərimli çıxışında həmin məmurları belə ailələri unutmamağa çağırıb: "Həmin məmurlar çörək yeyəndə əlləri olmayan qaziləri düşünsünlər. Yeriyəndə ayağı olmayan qaziləri düşünsünlər. Analar var ki, uşaqların soyuq məzarlarını qucaqlayırlar.
3000-ə yaxın cavan itirmişik. Qızlarımızı düşünsünlər. Xudayarın həzin səsini yadlarına salsınlar. Məmurlar zalım olmasınlar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az