Hərbi vəziyyət zamanı mitinq və küçə yürüşləri -QADAĞAN edilir

Hərbi vəziyyət zamanı mitinq və küçə yürüşləri -QADAĞAN  edilir

Azərbaycanda hərbi vəziyyət zamanı mitinqlər, küçə yürüşləri, piketlər və s. qadağan edilir. 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanunun 10-cu (Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər) maddəsinə 1.14-cü bənd əlavə edilib.

Bəndə əsasən, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəlmiş tədbirlər sırasına "yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması” da daxil edilir.

Qeyd edək ki, yeni qanun layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda və Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda hərbi vəziyyət elan edilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az