Həyata marağınız itibsə, səbəb bu xəstəlik ola bilər

Həyata marağınız itibsə, səbəb bu xəstəlik ola bilər

Həyata marağın itməsi adətən depressiyanın əlamətlərindən biri sayılır. Lakin araşdırmalar göstərir ki, depressiya diaqnozu qoyulan insanların 8-14%-i əslində qalxanvari vəzi xəstəliyi olan hipoteriozdan əziyyət çəkir.

Qalxanvari vəzinin hormonları insan orqanizmində bir çox müxtəlif proseslərdə iştirak edir. Bu hormonlar həmçinin sinir sisteminin fəaliyyətinə də təsir edir. 

Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi özünü yuxululuq, halsızlıq, əhval-ruhiyyənin daim pis olması, ruh düşkünlüyü, həyata marağın itməsi kimi simptomlarla büruzə verir. Bu simptomlar depressiyanın simptomlarına bənzəyir və nəticədə bəzi insanlara səhv diaqnoz qoyulur./saglamolun.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az