Həyata vurğun yazıçı “Hisslərin dadı”ndan danışdı

Həyata vurğun yazıçı “Hisslərin dadı”ndan danışdı

Əvvəlki buraxılışlarımızda özbək yazıçısı Ruşana xanım və onun qələmə aldığı “Hisslərinn dadı” romanı haqqında məlumat vermişdik. Maraqla qarşılanan qəhrəmanımı çoxsaylı oxucuların istəyi ilə təkrar görüşünüzə gətirdik. Bayram günlərində iş qrafikinin gərgin olmasına baxmayaraq Ruşana xanım bizimlə görüşə vaxt ayırdı.

- İlk öncə Azərbaycan və Özbəkistan xalqlarını Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm!

- Ruşana xanım, sizin “Hisslərin dadı” romanınız nəşrə hazırlanır. Hələ işıq üzü görməmiş romanın oxucularda sizcə bu qədər maraq oyatmasının sirri nədədir?

- “Hiss” anlayışına heç kim etinasız yanaşa bilmir. Romanın adı “Hisslərinn dadı” olduğu üçün bəlkə də insanlar öz hisslərini bu romanda görmək və duymaq istəyirlər.

- Hiss deyəndə insanın ağlına ilk öncə sevgi hissi gəlir. Sizin romanda sevgi hissinin dadındanmı yazmısınız?

- Yox. Bacardığım qədər bütün hissləri birləşdirmək, o hisslərin hər birinin dadını bu romanda anlatmağa çalışmışam. Seçdiyim movzunun çətinliyini bilirəm.

- Romanın ana xəttini nə təşkil edir?

- Həyatın hər üzünü görən, onun hər zərbəsini alan bir xanımın mübarizəsi, iradəsi, həyata bağlılığı romanın ana xəttini təşkil edir.

- Sizi bir yaziçi xanım olaraq yaxından tanımaq istəyirlər. Özünüz haqqınızda danışsanız lap yerinə düşərdi…

- Özüm haqqında deyə bilərəcəyim bir şey var o da həyata vurğunluğumdur. Özüm haqqında danışmağı xoşlamıram. Romanımı oxuyanlar mənim daxili dünyamın səmimiyyətini hiss edəcəklər...

Həmişə həyata vurğunluğunuz həyatınızı nura qərq etsin!!! Hisslərin dadı həmişə yolunuzu bəzəsin!!!

Araz Hacıyev




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az