Heydər Əliyevin adı ilə bağlı bank kartları buraxılıb

Heydər Əliyevin adı ilə bağlı bank kartları buraxılıb

“Vətəninfo.az”-a Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”-dan daxil olan məlumata görə,noyabrın 6-da  “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın prezidenti həmyerlimiz  Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Almaniyada fəaliyyət göstərən nüfuzlu əyalət banklarından biri  ümummilli liderimiz Heydər Əliyevin adı və şəkli ilə olan bank kartlarını Visa-MasterCard müştəriləri üçün istifadəyə verib.

Məlumatda deyilir ki,kartın üzərində Azərbaycan Respublikasının bayrağı və ümummilli liderimiz Heydər Əliyevin təsviri ilə yanaşı, ingilis dilində “Heydar Aliyev – National Leader of Azerbaijan” sözləri yazılıb. 

Ümummilli liderimiz Heydər Əliyevin təsviri ilə olan bank kartı ilk növbədə Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının üzvlərinə təqdim ediləcəkdir. Kartdan illik istifadə rüsumu 129,00 Avrodur və əldə edilən vəsait Mərkəzi Şuranın gördüyü xeyriyyə işlərinə sərf ediləcəkdir. 

Kənan

“Veteninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az