Heydər Əliyevin birinci hakimiyyətə gəlikşi qeyd olunub

Heydər Əliyevin birinci hakimiyyətə gəlikşi qeyd olunub

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda respublika rəhbərliyinə seçilməsi ilə bağlı YAP Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyəti birgə tədbir keçirib

YAP Sabunçu rayon təşkilatı Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümü ilə bağlı geniş tədbir keçirilb. “Vətəninfo.az”ın məlumatında görə, tədbir iştirakçıları ilk öncə YAP Sabunçu rayon təşkilatının qərargahının foyesində qoyulan Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoyublar.Rayon təşkilatının qərargahında davam edən tədbir dövlət himnini səslənməsi ilə öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon icri hakimiyyətinin başçısı Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında Onun xüsusi xidmətlərindən danışıb: 

"1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsası qoyulduğu gün kimi yaşayır. Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəsinə gəldi. Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 43 il keçməsinə baxmayaraq, xalqımız ulu öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Həmin dövrdən bəri nəsillər dəyişsə də, ulu öndərimizin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs xalqın bütün təbəqələri tərəfindən dəstəklənir". A.Vəliyev onu da qeyd edib ki, xalqın böyük oğlu Heydər Əliyevin 1969-cu il iyulun 14-də ali rəhbərliyə gəlməsi heç da təsadüfi olmayıb:

"Sadəcə, O, rəhbər seçilmirdi, bu,  milli oyanışın başlanğıcı idi. Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyəti vasitəsilə Azərbaycan xalqı özünün tarixini, mədəniyyətini, layiq olduğu yeri bir daha cəmiyyətə göstərə bildi. Onun fəaliyyətində, ilk növbədə, azərbayacançılıq çox qabarıq surətdə özünü göstərməyə başladı. Doğrudur, dövr bir çox məhdudiyyətlərlə bağlı idi. Ancaq bununla belə, Ulu Öndər Heydər Əliyev həmin məhdudiyyətlər içərisində azərbaycançılığı gücləndirə bildi. İmkanlardan istifadə edərək, Azərbaycanda iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına güclü təkan verirdi. Bu illər ərzində Azərbaycanda 250-dən çox yeni müəssisə tikildi. Elmin, mədəniyyətin inkişafına çox böyük diqqət yetirildi. Onun apardığı məqsədyönlü siyasət nəticəsində gənclərimiz ölkəmizdən kənardakı ali məktəblərdə təhsil almağa başladılar. İlk Azərbaycan diasporunun əsası, məhz həmin dövrlərdə qoyuldu". Sabunçu rayon icra hakimiyyətinin başçısı onu da bildirib ki, Ulu Öndər Heydər Əliyev böyük siyasətçi, böyük lider olaraq dövrünü qabaqlayırdı, müasirlərinin təsəvvür etmədiyi, o dövr üçün fantastik olan layihələrin həyata keçirilməsinə nail olurdu: 

"Məhz buna görə də, 14 iyul 1969-cu il tarixi gündə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Bu gün həmin tarixdən 43 illik bir zaman keçir. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli ölkəyə çevrilməkdədir". 

Tədbirdə Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Şakir Alıyev isə "14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixi zərurət idi" mövzusunda çıxış edib. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafındakı xidmətlərindən danışan Ş.Alıyev onu da vurğulayıb ki, Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ ötən əsrin 70-80-ci illərində qanunçuluğun qorunması və möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın hüquqlarının əzmkar müdafiəçisinə çevrilməklə milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmuşdur: 

"Azərbaycan xalqı fenomenal liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxlamağa nail olmuş, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır. Bu gün 1969-cu ildən başlayan müasir tariximizi, Ulu Öndərimizi həm də ona görə qürurla xatırlayırıq ki, ölkəmiz müstəqilliyini bərpa edəndən sonra da Azərbaycanın inkişaf etməsində, Onun dünya dövlətləri arasında özünə layiqli yer tutmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi vətənimizin, xalqımızın həyatında yeni səhifə açdı. Açılmış bu yeni səhifədə ölkəmizin bütün sahələri sürətlə inkişaf etdi, çiçəkləndi və çoxlu uğurlar qazanıldı. Qazanılmış bu uğurların hamısı Ulu Öndər Heydər Əliyevin milləti, vətəni yolunda gördüyü işlərin nəticəsi idi". 

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı sənaye pedaqoji kollecinin direktoru Vidadi Orucov, YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədrinin müavini Məhəmməd Əsədov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 43 ilin ölkəmizin inkişafında,  beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər qeyd ediblər ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür. Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az