Hillari Klintonla bağlı şok sənədlər üzə çıxa bilər - Assanc anons verdi

Hillari Klintonla bağlı şok sənədlər üzə çıxa bilər - Assanc anons verdi
WikiLeaks təşkilatı ABŞ Demokrat partiyasının milli komitəsinin əməkdaşlarına məxsus elektron məktublara malikdir.

Aznews.az xəbər verir ki, bu barədə "WikiLeaks”in rəhbəri Culian Assanc CNN telekanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məktublardan bir hissəsi ABŞ prezidentliyinə namizəd Hillari Klintona aiddir: "Bizdə Klintonun prezident kampaniyası ilə əlaqəli materiallar var. Söhbət "son dərəcə maraqlı” sənədlərdən gedir”.

Lakin Assanc təşkilatın bu arxivləri nə zaman dərc etmək istədiyini açıqlamayıb.

"WikiLeaks” rəhbəri bildirib ki, ABŞ Demokrat partiyasının milli komitəsinə məxsus elektron sənədlərə hakerlərin hücumu son bir neçə il ərzində həyata keçirilib. Assanc növbəti dəfə qeyd edib ki, "WikiLeaks”in haker hücumlarında iştirakı yoxdur. Onun sözlərinə görə, təşkilat sensasiya doğuran məlumatları müxtəlif mənbələrdən alır. Bu məlumatların həqiqiliyi yoxlandıqdan sonra saytda dərc edilir.

Lakin Assanc mənbə qeyd etməkdən imtina edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az