“Veteninfo.az” xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda ''Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi'' mövzulu konfrans keçiriləcək.
10 Dekabr “Dünya İnsan Haqları Günü” münasibəti ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) tərəfindən koordinasiya edilən beynəlxalq konfransa Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, BAK və Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) dəstək verirlər.
Konfrans Cənubi Qafqazda təhlükəsizlik problemlərini, Ermənistanın Azərbaycana hücumu, Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, işğal altındakı torpaqlardakı mədəni abidələrin məhv edilməsi və yaşanan böyük insan hüquqlarının pozulması dünya ictimaiyyəti ətraflı məlumat vermək məqsədilə keçiriləcək.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) başçısı Dr. Hatəm Cabbarlı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) sədri Hikmət Eren, Hollandiya Türkevi Araşdırmalar Mərkəzi başçısı Veyis Güngör və BAK sədri Sahil Qasımovun natiq olaraq qatılacağı konfransda Azərbaycan və Türkiyədən də insan hüquqları təşkilatları nümayəndələri, elm adamları, parlamentarlar və mətbuat nümayəndələri iştirak edəcək.
Hollandiya parlamentində reallaşdırılacaq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.
Könül İbrahim
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ