Hövsan qəsəbəsinə iki gündür su verilmir

Hövsan qəsəbəsinə iki gündür su verilmir
Suraxanı rayonu Hövsan qəsəbəsində içməli su problem yaranıb.
 
Sakinlərin Axar.az-a verdiyi məlumata görə, artıq iki gündür ki, qəsəbə su üzünə həsrət qalıb.
 
Məsələ ilə bağlı Azərsu ASC-dən bildirildi ki, qəsəbədə təmir işləri getdiyindən suyun verilməsi dayandırılmışdı. Lakin dünən axşam saatlarından başlayaraq problem həll olunub.
 
"Sadəcə ola bilsin ki, suyun təzyiqi az olub və buna görə də əksər evlərə su gəlmir. Bu gün axşam saatlarına kimi problem tam aradan qalxacaq”, - deyə qurumdan bildirilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az