I Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr verildi
Bakıda keçirilən I Avropa Oyunlarının könüllülərinə bu gün Prezident
İlham Əliyev və birinci xanım, "Bakı- 2015" birinci Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış
təşəkkürnamələr təqdim edilib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, tədbirdə əvvəlcə könüllülər haqqında hazırlanmış videoçarx təqdim edilib.
Daha sonra cıxış edən gənclər və idman naziri Azad Rəhimiv bildirib
ki, tədbirdə 10 minlərlə könüllü iştirak edib: "Əsas məqsəd odur ki,
ölkə başçısı İlham Əliyev və Mehriban Əliyeva sizin əməyinizi çox yüksək
qiymətləndirib. Bu təşəkkürnamədə iki əziz insanın şəxsi qolu var. Bu,
həqiqətən də sizin böyük əməyinizin nəticəsidir. Biz bu oyunları sizsiz
krçirməyi bacara bilməzdik. Burada sizin böyük köməyiniz olub".
A.Rəhimov əlavə edib ki, Azərbaycanda böyük idman yarışları
keçiriləcək. Nazir bütün bu tədbirərdə könüllülərlə birgə olmaq
istədiklərini də söyləyib.
Təhsil naziri Mikayıl Cabbarov isə
çıxışında deyib ki, ilk Avropa Oyunlatının Azərbaycanda qoyduğu miras
bütün baxımlardan çox əhəmiyyətlidir. Nazirin sözlərinə görə, Azərbaycan
artıq böyük idman ölkəsi kimi tanındı və üzərinə böyük öhdəlikər
götürməyi bacaran bir ölkə olduğunu göstərdi.
M.Cabbarov
könüllərin böyük hissəsinin ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələri olmasına da çox sevindiyini söyləyib. Nazir əlavə edib ki,
bundan sonra da könüllülük hərəkatında TN-nin dəstəyinə arxayın olmaq
olar.
Tədbirdə daha sonra A.Rəhimiv və M.Cabbarov tərəfindən ilk 50 gəncə təşəkkürnamələr təqdim edilib.
Təşəkkürnamələrin digər hissəsi növbəti həftə Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təqdim
ediləcək.