İATT: “SOCAR-ın İsveçrə fəaliyyəti şəffafdır”

İATT: “SOCAR-ın İsveçrə fəaliyyəti şəffafdır”

Azərbaycan Dövlət Neft şirkətinin İsveçrədəki törəmə şirkətləri ilə bağlı yayılan məlumatlarda bəzi qeyri-dəqiqliyə yol verilib.

Bu sözləri “Veteninfo.az”-a İsveçrə-Azərbaycan Ticarət Təşkilatından son günlər SOCAR-ın İsveçrədəki fəaliyyətilə bağlı yayılan dezinformasiyanı şərh edərkən bildiriblər.

“Bu ölkədə şirkətin sahibinin kim olduğunu öyrənmək o qədər də asan deyil. Yalnız idarə həyətinin üzvləri söyləyə bilərlər ki, şirkətin sahibi kimdir. İnternet vasitəsilə aparılan araşdırmalarda yalnız idarə heyətinin üzvlərini görmək olur.

Görünür, idarə heyətinin üzvləri yanlış olaraq, şirkətin sahibləri kimi qələmə verilib”, - deyə təşkilatdan qeyd ediblər.

Təşkilatdan onu da bildiriblər ki, Dövlət Neft Şirkətinin fəaliyyəti şəffafdır, hələlik ona qarşı İsveçrədə heç bir narazılıq yoxdur. Əksinə SOCAR İsveçrədə bir çox problemlərin həllində uğurlar əldə edib.

“İki il bundan əvvəl İsveçrənin benzin ehtiyacının 35 faizi Liviyanın daha doğrusu Qəddafinin şirkətlərinin payına düşürdü. İki ölkə arasında problem yarandıqdan sonra tərəfdaş kimi Azərbaycan seçildi.

İndi İsveçrənin benzin ehtiyaclarının bir hissəsi Azərbaycan tərəfindən ödənilir. Burada da qanunsuz addımlardan söhbət gedə bilməz. Aparılan bütün əməliyyatlar dövlət rəhbərliyinin nəzarəti altındadır.

Bir şeyi də qeyd etmək lazımdır ki, İsveçrədə qanunsuz neft satmaq, çirkli pul yemək elə də asan məsələ deyil. Hər bir köçürmənin hesabı sorulur, istiqamətləri araşdırılır. Bu ölkədə qanunsuz bir iş görmək izsiz və cəzasız qalmır”,-deyə təşkilatdan söyləyiblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az