İcra başçısı təltif olundu

İcra başçısı təltif olundu

Prezident İlham Əliyev Vaqif Abdullayevin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, V.Abdullayev Azərbaycan prezidentinin 10 aprel, 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az