İctimai nəqliyyatda qiymətlər artır? – “Qərarın verilməsi mümkündür”

İctimai nəqliyyatda qiymətlər artır? – “Qərarın verilməsi mümkündür”
Qaz və işıq tariflərində dəyişiklikdən sonra ictimai nəqliyyatda da qiymətlərin artacağı ilə bağlı fikirlər dolaşır. Vətəndaşların bir çox hazırda yerüstü marşurtların və metro qiymətlərinin artmasından dolayı olduqca narahatdır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Tarif Şurası bu barədə istənilən vaxt qərar verə bilər:

"Əslində, Tarif Şurasının qərar vermə mexanizmi hansısa qanunvericiliyə və yaxud "ded-laynlar"a (son tarix - red.) bağlı deyil. Yəni istənilən an yığışıb qiymət artımı ilə bağlı qərar verilə bilər. Sadəcə olaraq, ən azından gözlənti odur ki, ard-arda belə qərarlar yəqin ki, olmayacaq”. 

Ekspert qeyd edib ki, qanunvericilikdə Tarif Şurasının qərarları ilə bağlı müəyyən məhdudiyyətlər olmalıdır:

"Amma istənilən halda, istənilən zaman belə bir qərarın verilməsi mümkündür. Çünki dediyim kimi, Tarif Şurası hansısa bir məhdudiyyətləri yoxdur və bu doğru deyil. Qanunvericilikdə Tarif Şurasının qiymət artımları ilə bağlı müəyyən məhdudiyyətləri olmalıdır”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az