İkimərtəbəli Bakı-Sumqayıt qatarı üçün bələdçilər işə götürüləcək
Tələblər müəyyənləşdi.
2015-ci ilin
sentyabr ayından Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə istifadəyə
verilməsi nəzərdə tutulan yeni, ikimərtəbəli qatarlarda sərnişinlərə
xidmət etmək məqəsdilə bələdçilər axtarılacaq.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.Az-a bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hər vaqonda iki nəfər belə bələdçinin olması nəzərdə tutulub:
"Biz
çalışacağıq ki, bələdçilər müasir, ingilis, rus dillərində səlist
bilənlər olsun ki, sərnişinlər qatarlardan istifadə edərkən çətinlik
çəkməsinlər”.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının cümə axşamı növbəti iclası keçirilib.
İclasda qərara alınıb ki, yeni qatar bu il sentyabrın 15-dək istismara verilsin.