Vətəninfo.az xəbər verir ki, sentyabrln 21-də gecə saatlarında Zərdabın Qoruqbağı kəndinə ildırım düşüb. Modern.az-ın xəbərinə görə, bu barədə kənd sakini, jurnalist Nicat İntiqam məlumat verib.
”Zərdab rayonunun Qoruqbağı kəndində təbii fəlakət baş verib. Kənd sakinlərindən aldığım məlumata görə, bu gün 21:40 radələrində rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus həyətyanı sahədə tövləyə ildırım düşüb. İldırım tövlənin yanmasına səbəb olub. Kənd sakinləri və Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsi əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının fərdi yaşayış evinə keçməsinin qarşısını almaq mümkün olub”.
Jurnalist bildirib ki, fərdi təsərrüfat sahəsin sahibi Məhərrəm Məhərrəmov və onun ailəsi hazırda Rusiyada yaşayır.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO