İlham Əliyev 2 baş konsulu geri çağırdı - Sərəncam

İlham Əliyev 2 baş konsulu geri çağırdı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanın Rusiya Federasiyasındakı 2 baş konsulunu geri çağırıb.

Miq.az xəbər verir ki, bununla bağlı prezident sərəncam imzalayıb. Sərəncamla Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu olan Elşad İlyas oğlu Qulamov vəzifəsindən geri çağırılıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az