"İlham Əliyev və Paşinyan yaxşı liderlərdir" - Tramp

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.

"Report" xəbər verir ki, o, bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.

ABŞ lideri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb.

"Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", - Tramp deyib.

Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb: "Həqiqətən, iki yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik", - o bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az