İndi hamınız qalxıb, Əkrəm Əylisliyə satqın adı qoyursuz?

İndi hamınız qalxıb, Əkrəm Əylisliyə satqın adı qoyursuz?

Xumarə Cəfərova

İsveç

Bu yazdıqlarım çoxlarının xoşuna gəlməyəcəyinə və məni də Əkrəm Əylisli kimi ermənipərəst adlandıracaqlarına əminəm. Amma inanın ki, nə özümə, nə də qocaman şairimizə haqq qazandırmaq deyil niyyətim. Sadəcə faktları ortaya qoymaq istəyirəm. Mən Əkrəm Əlyislinin "Daş yuxular" romanının xülasəsin oxudum və orda heç bir ermənipərəstlik görmədim. Bu romanda yazıçının hədəfi "yerazlar" idi. Və zənnimcə çox da haqlı tənqid edib. Mənim belə düşünməyimə səbəb nədi? Çünki bütün hadisələr gözümün önündə baş verib. İllər öncə Bakı, Sovet məkanının ən mədəni şəhərlərindən biri olub. İnsanlar bir-birinə can deyib, can eşidib. Nə burda yaşayan millətlər arasında münaqişələr, nə də ayrı-seçkiliklər nəzərə çarpırdı. Bakı öz mədəniyyətilə, qonaqpərvərliyilə, beynəlmiləlçi xüsusiyyətilə digər ölkələri geridə qoyardı. Böyüyə, kiçiyə, qadına hörmət mədəniyyətimizin ən gözəl xüsusiyyətlərindən biri idi.

Çox yaxşı yadımdadı Universitetdə Ermənistanlı (ermənistan azərbaycanlısı) bir rəfiqəm vardı. Məlum hadisələrdən bir neçə il əvvəl məni öz kəndlərinə dəvət etdi və mən valideynlərimin icazəsilə onunla getdim. O qız Ermənistanın "Qızıl şəfəq" kəndində yaşayırdı. Ailəsindən tanıdığım bir çox ziyalılar vardı ki, vaxtilə Azərbaycan üçün böyük işlər görmüşdü. Onların adlarını çəkməyəcəyəm, sadəcə demək istəyirəm ki, Ermənistan Azerbaycanlıları arasında yetəri qədər ziyalı və möhtərəm insanlar olub. Yolda o qızdan soruşdum ki, niyə bu ermənilər bizi sevmirlər. Düzü ermənilərin ünvanına ondan təhqir gözləyirdim, amma o qız bircə söz dedi: -"Xumar, azacıq gözlə özün anlayacaqsan". Xülasə həmin kəndin stansiyasına gəlib çatdıq. Qatardan düşüb, gözləmə salonuna keçdik. Qız mənə üzünü tutub dedi: Xumar, indi yaxşı-yaxşı bax. Düzü gördüklərimdən sonra bir anlıq Azərbaycanlı adını daşımağımdan utandım. Boş skamyalar qala-qala millət sərilmişdi gözləmə salonunun döşəməsinə. Eynən çingənələr kimi hay həşir salmışdılar. Uşaqların üz gözü çirkin içində, burunlarından axan mayəni dillərilə yalayırdılar. Ürəyim bulandı bunlara baxdıqca. Rəfiqəm mənim reaksiyamı görüb, istehza ilə gülümsəyib, ded:- " İndi anladın ki, niyə sevmirlər"?.. Mən ona dedim ki, Azerbaycanlı tək bunlar deyl. O isə cavabımda : -"Onların tanıdıqları bunlardı . İndi insafla de, belələrini Bakıda görsən, sən hörmət edərsən"? Heç bir cavab tapmadım. O hadisədən sonra illər keçdi. Ermənistandakı insidentlərdən sonra qaçqınların axını başladı Bakıya. Sanki şəhər birdən-birə dəyişdı. O gözəl, mədəni Bakıdan əsər əlamət qalmadı. Elə bil şəhər yamyamlarla doldu. Çox gözəl həyətimiz vardı bizim o zaman. Valideynlərlə pul yığıb həyətdə gözəl park salmışdıq. Ermənistan qaçqınlarının uşaqları bir gecənin içində parkın skamyalarını qırdılar, fənərləri sapanla sındırdılar. Biz yerli əhali onlara uşaqlarına tərbiyə verməyi xahiş etdik. Cavabında bizə nə gədi dedilər. İlk dəfə "cindir" sözünü onlardan duydum. Yavaş-yavaş həyatın dəyişdiyini, insanların vəhşiləşdiyini görürdüm. Məsələn avtobusa minərkən əvvəllər cavan oğlanlar tez durub bizə yer verərdilər, yaşından asılı olmayaraq bütün xanımlara. Amma qaçqınlardan sonra bu ənənə nəinki itməkdə idi, hətta gənclərin böyüklərin qarşısında necə yayılıb oturduqlarının şahidi oldum. Çoxları qaçqın adıyla gəlib, bir neçə evə sahib oldular Bakıda. Evləri yerli əhaliyə kirayə verirdilər, üstəlik hökumətə nə ev pulu ödəyirdilər, nə da kommunal xərclərini. Qaçqınların çoxu yalandan müəllim olduqlarını, amma diplomlarını Ermənistanda qoyub qaçdıqlarını deyib, qandırırdılar hökuməti. Biz də uşaqlarımızı belə nəməlum müəllimlərə həvalə edirdik. Mən öz gözümlə neçə belə qaçqınların yerli əhalini alçaltdiğını, bizə "biz gəlmişik sizə adam olmağı öyrədək" sözlərinin şahidi olmuşam. Dükanlara, idarələrə qaçqın adından istifadə edib özlərini növbədən kənar salan qaçqınları da çox gördük. Bu gün Azərbaycanı tərk edən ziyalıların çoxu məhz belə hallara dözə bilmədi, doğma yurdlarını tərk etdi. Bu gün bu üzdən xeyli zialılarımız Rusiyada və başqa ölkələrdə yaşayırlar. Mən bu sözlərimi bütün qaçqınlara şamil etmirəm, əlbəttə qaçqınların içində mənim rəfiqəm kimi sağlam düşüncəli insanlar da var, amma bir zərrədilər onlar. "Yeraz" adıda məhz bu səbəbdən yarandı. İndi hamınız qalxıb, Əkrəm Əylisliyə satqın adı qoyursuz? Bəs siz özünüz Azərbaycan üçün nə etmisiz?!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az