İnformasiya təhlükəsizliyi bizim üçün xüsusi əhəmiyyət kəsb edir

İnformasiya təhlükəsizliyi bizim üçün xüsusi əhəmiyyət kəsb edir

«Bu ilin ötən dövrü bütün istiqamətlər üzrə ölkəmiz üçün uğurlu olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında səslənən faktlar bunu təsdiq edir. Ümumiyyətlə, iclasda dövlət başçısı bir sıra vacib məqamlara toxunub. Bu baxımdan, cənab Prezidentin milli təhlükəsizliyimizlə əlaqədar fikirləri xüsusilə əhəmiyyətlidir». “Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dövlət başçısı məsələ ilə bağlı qarşıda duran vəzifələri çox dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycan təhlükəsizliklə əlaqədar qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirir. 

«Milli təhlükəsizliyimizin təmin olunmasında ümdə vəzifələrindən biri informasiya təhlükəsizliyidir. İnformasiya təhlükəsizliyi bir tərəfdən Azərbaycanın milli maraqlarının qorumaq üçün irəli sürülən prinsipial bir istiqamətdir. Digər tərəfdən isə, Azərbaycan əleyhinə təxribatların qarşısını alınmaq məqsədini qarşıya qoyur. Son illər ölkəmiz sürətlə inkişaf edir və bu inkişaf baxımından dünya dövlətləri sırasında ön yerlərdən birini tutmaqdadır. Azərbaycanda bütün istiqamətlər üzrə düzgün siyasət həyata keçirilir. Ölkə daxilində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə baş vermiş yeniliklər ictimaiyyətə yaxşı məlumdur. 

Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Təbii ki, bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri narahat etməyə bilməz. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyekivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Ona görə də, informasiya təhlükəsizliyi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, bu gün Azərbaycanın hücümçu diplomatiya xətti informasiya mübarizəsində də özünün müsbət nəticələrini göstərməkdədir. Amma hesab edirəm ki, bu məsələdə hər bir vətəndaşın üzərinə vəzifələr düşür»- deyə YAP İcra katibinin müavini vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az