İngiltərənin AB-dən çıxması kimə sərf edir?

İngiltərənin AB-dən çıxması kimə sərf edir?
İngiltərənin Avropa Birliyindən çıxmasının Rusiyaya sərf etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-Rusiya Ticarət Palatasının rəhbəri Sergey Millian deyib.
 
"Qərbdə bu hadisədən Rusiya və Çinin qazandığı göstərilir. Mən bu fikrə qatılmıram. Neft qiymətinin enməsi, rublun dəyərdən düşməsi bir sözlə qlobal iqtisadiyyatın zəifləməsi Rusiyaya necə sərf edə bilər”, - Millian bildirib.
 
Qeyd edək ki, iki gün öncə Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az