Çinin işğala başlaması realdır: ABŞ hazırlaşır

Çinin işğala başlaması realdır: ABŞ hazırlaşır

ABŞ rəsmiləri gizli şəkildə Tayvana təzyiq edirlər ki, yalnız Vaşinqtonun mümkün Çin işğalına qarşı təsirli hesab etdiyi silah sistemlərini sifariş etsin.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri ABŞ və Tayvan rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ukrayna ətrafında baş verənlər Vaşinqton və Taypeyi yaxın illərdə Çinin işğal planına inandırıb. Bundan əlavə, müttəfiqlər belə qənaətə gəliblər ki, az, lakin düzgün silah və strategiya ilə ordu daha böyük düşməni dəf etməyə qadirdir.

Qeyd olunub ki, bu gün ABŞ administrasiyası Tayvan ordusunun işğala qarşı müdafiə imkanlarını yaxından araşdırır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az