Təyin olunduğu gündən mətbuatda Zərdab rayon İcra hakimiyyətinin başçısı Lütfəli Babayevin törətdiyi özbşnalıqlar haqqında kifayət qədər məlumat gedir. Rayonda fəaliyyət göstərən sahibkarların mağazalarının qarşısını hasarla bağlaması, hətta bununla bağlı sosial paylaşım saytların düşən video və başçıya həsr olunmuş meyxana uzun müddət müzakirə mövzusu oldu.
Ondan öncə də Azadlıq radiosunda da əks olunmuş başçının hinduşka oğurluğu məsələsi gündəmə gəldi. Belə ki, kəndlərin birinə səfər edən Lütvəli müəllim yolda gördüyü hinduşkaları çox bəyənmiş, sürücüyə onları tutub maşına qoymasını əmr etmişdi. Necə olsa kimsə başçıya bir söz deməz deyə belə bir hərəkətə cürət edən başçının fikirləri doğrulmamışdı. Uzaqdan maşının nömrəsini görən hinduşka sahibi rayon polis idarəsinə gələrək şikayət yazmışdı. Nəticədə hinduşkaların özü olmasa da, pulu ödənmişdi.
Qadağan olunmuş ət ticarəti
Sonra rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayevin Zərdabda ət alverini inhisara alması ilə bağlı xəbərlər hər kəsin xatirindədir. Zərdabda ət ticarəti ilə məşğul olan şəxslər Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinə zənglər edərək imdad diləyirdi. Lütvəli Babayev ət satışını qadağan edərək, yalnız bir qəssabda və ancaq özünün təsərrüfatında olan heyvanların kəsilib satılmasına icazə verirdi. Sonra cənab başçı bir az da irəli getdi və bazarda alver edən Qarabağ əlillərinə orda ticarətlə məşğul olmağı qadağan etdi.
Çaşıb sonda müavinini də döydü...
Və bir gün məsələ kulminasiya nöqtəsinə çatdı. Çünki mətbuatda xəbər yayıldı ki, Lütvəli Babayev müavinini döyüb. Buna səbəb müavininin (müəyyən səbəblərdən hələlik onun adını açıqlamarıq) Lütvəli Babayevin göstərişlərinə
“yox” deməsi olub. Bu tələblərə rayon ərazisindən ona 50 ton qara metal toplamaq, "Eurovision" mahnı müsabiqəsi üçün idarə, müəssisə və sahibkarlardan 100 min manat vəsait yığmaq o cümlədən, işdən çıxarmaq istədiyi bir neçə idarə, müəssisə rəhbəri var ki, onları çağırıb, təkrar fərdi qaydada söhbət edərək ərizələrinin alımasını tezləşdirmək kimi istəklər aid idi. Müavin bunun mümkünsüz olduğunu, rayonda kanalizasiya borularının belə doğranılaraq "qara bazar"da satıldığını bildirdikdə Lütvəli Babayev qəzəblənib, müavininə bir neçə sillə vurub.
Kimə arxalanır?
Qeyd etmək lazımdır ki, adam döymək Babayevlərdə ailəvi ənənədir. Belə ki, hətta onu qardaşı , Mingəçevir şəhərinin axundu Hacı Xanəli Babayev də 2008-ci ilin oktyabrında, şəhər sakini, suvaqçı işləyən Ramiz Məhəmməd oğlu Süleymanovu döyərək, çənəsini sındırmışdı. Onu da xatırladaq ki, Lütvəli Babayev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adamı hesab olunur, qeyd etdiyimiz kimi Hacı Xanəli Babayev Mingəçevirin və Şirvanın axundudur. Ona qarşı isə dövrü mətbuatda başqa sərt ittihamlar da irəli sürülmüşdü. Hətta axund Mingəçevir mədrəsəsində təhsil alan azyaşlı qızlardan birini zorlamada da ittiham olunurdu. Hacı Xanəliyə qarşı ittihamlar içində onun narkotiklə bağlılığı ilə də məqamlar var idi.
İndi isə məlum olur ki, arxalarında Şeyxin dayandığı Babayev qardaşları yenə də şikayətlərə nədən olmaqdadırlar
Növbəti bir şikayət...
Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi Zərdab rayon şöbəsinin sədri Sarıyev Vüqar Nazir oğlu 2010-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin və RİH-nin Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun dələduzluq əməllərinin qurbanı olmuş, nəticədə 6000 (altı min) manat məbləğində maddi ziyana məruz qalmışdı. Bunu da mətbuata şikayətçi özü rəsmən açıqlamışdı.
Başçının cadu qorxusu..
Lütvəli Bbayev mətbuata həm də İcra Hakimiyyətinin xadiməsi ilə olan məhkəmə çəkişməsindən də tanışdır. Azərbaycanda başçılıq etdiyi qrumun xadiməsinə məhkəməd uduzan tək dövlət məmuru olaraq “tarixı keçən” Lütvəli Bbayaebv onu özünə cadu eləməkdə gunahlandıraraq işdən qovmişdi. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyası Zərdab rayon İcra Hakimiyyətinin xadiməsi Xəlilova Qərif Qaçay qızını öz işinə bərpa edərək başçının bu absurd qərarını gülünc hesab eləmişdi.
Son olaylar..
Dünən reaksiyamıza daxil olan məlumata görə isə başçısı öz işindədir. Belə ki, uzun illərdir fəaliyyət göstərən Zərdab rayon Musiqi Məktəbinə Konservatoriyanın qiyabıçı tələbəsini direktor təyin edib. Təyinatın hansı “maraqlara” xidmət etdiyini deyə bilmərik, amma bu təyinatın neçə illərdir, bu sahədə fəaliyyət göstərən adlı sanlı müəllimlərin etirazına səbəb olduğu bildirilir. Musiqi məktəbinin müəllimləri etiraz aksiyasına hazırlaşır.
Bundan başqa Lütfəli Babayevin yeni işdən çıxartdığı Rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsininin başına qoyduğu qiymət 70 min manatdır. Ona görə də bu vəzifə xeyli müddətdir ki, boş qalıb. Rayonda iki idarə müdiri hal-hazırda Məhkəmə tərəfindən cəzalandırılıb, onların üzərində müttəhimlik yaranıb. Amma onlar fəaliiiytlərinə davam edirlər. Bunlardan biri Raon Mədəniyyət Şöbəsinin müdiridir. Onların Lütvəli Babayevlə şəxsi “anlaşmasından” sonra Eldəniz müəllim işinə davam edə bilib.
Amma Zərdab haqqında son ən şok xəbərlər bir-iki günə saytımızda olacaq. Bizi izləməyə davam edin.