İnsanı 120 il yaşadan göbələk

İnsanı 120 il yaşadan göbələk

Çində yetişdirilən 1,1 metr uzunluğunda olan "Reishi" göbələyi insan ömrünü 120 ilə qədər uzadır.

Miq.az publika.az-a istinadən bildirir ki, əsasən Yaponiya və Çin səhiyyəsində istifadə olunan bu göbələk "ölümsüzlük göbələyi" adlanır.

Palıd və ərik ağaclarının kötüyü üzərində təxminən 9 aya yetişdirilən "ölümsüzlük göbələyi" taxta kimi sərt və acı olduğu üçün yeyilmir, təzə və ya qurudulmuş olaraq toz halına gətirilir, suda həll edilərək istifadə olunur.

İçinə "Reishi" ekstraktı əlavə olunan su təxminən 2 saat qədər qaynadılmalı və dərhal istifadə edilməlidir. Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün təxminən yarım saat içində təsirini itirir.

İnsanı xərçəng başda olmaqla, bir çox xəstəlikdən qoruyan "Reishi" göbələyindən ən çox istifadə edən ölkə Yaponiyadı. Yaponlar "ölümsüzlük göbələyi" adlandırdıqları bu göbələyin insan ömrünü 120 ilə qədər uzatdığına inanırlar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az