“Azadlıq”Blokunun başına gələnlər indi də deyəsən İçtimai Palatanın başına gəlir. Uzun müddətdi İP-də təmsil olunanlar yavaş-yavaş İP tərk etməyə başlayırlar.Səbəb müxtəlif cür göstərilsədə, amma əsil səbəb gizlədilir. Yəni “yağmadı yağış-bitmədi qamış”. Nə oldu da birdən birə istefa rüzgarları qalxdı?
Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlunun verdiyi iftar süfrəsində İP daxili gizli mübarizənin AMİP sədri Yusif Bağırzadənin bir kəlməsi ilə ortaya tökülməsi deyəsən qurum daxilindəki vəziyyəti aydınlığa çıxardı. “Yığışmışkən qarşıdakı prezident seçkilərində, müxalifətin vahid namizədinin kim olmasınıda müəyyənləşdirəyin” fikri yəqin ki elə-belə deyilməmişdi və AMİP sədrinin belə bir fikri deməsində AXCP sədri Əli Kərimlinin israr etdiyidə diqqətdən qaçmamalıdır. Müsavat başqanın “Bura iftara toplaşmışıq,namizəd müəyyənləşdirməyə deyil” fikirini bildirib, sonra da məclisi tərk etməsi, bunun ardınca bir neçə gün sonra seçkilərdə namizəd olacağını bəyan etməsi, məncə vəziyyəti bir qədərdə tarıma çəkdi. Müxalifət daxilindəki söz-söhbətlər əsasən bundan ibarətdir ki, İsa Qəmbər AXCP sədri Əli Kərimliyə görə namizədliyini güzəştə getməyəcək. Hətta məlumatlara görə, başqan bunu istəsə də edə bilməz. Çün ki, Müsavat daxilindəki bəzi qüvvələr bunun əleyhinədi.Son günlər Müsavatla hakimiyyət arasında da gizli sövdələşmələrin olduğu iddası ilə proseslərə yanaşası olsaq əgər, o zaman Əli Kərimlinin namizədliyinin qarşısını almaqdan ötrü, Müsavat-iqtidar iş birliyi yaranır ki, bu da bir qədər həqiəti özündə əks etdirmir. Yəni Müsavat YAP-la iş birliyinə gedərmi, bu bir qədər suallar doğurur. Amma siyasi ekspertlər Müsavat başqanın son zamanlar reytinqinin aşağı düşdüyünü, AXCP sədrinin ona nisbətən müxalif düşərgədə daha çox reytinqə sahib olduğun deyirlər. Yəni namizədlik məsələsində İP daxilindəki qüvvələr Ə.Kərimliyə daha çox stafka edə bilərlər.
O zaman baş verənlər nəyə yönəlib?
Yəni Nigar yaqublunun həbsi İsa Qəmbərin düşmüş reytinqinin qalxmasına kömək ola bilərmi? və ya bütövlükdə Müsavatın? Ekspertlər N.Yaqublunun həbsinin arxasında belə bir planın olduğu iddiasındadırlar. O zaman son istefalarda məhz bu plana uyğun həyata keçirilir.Yəni Müsavat yavaş-yavaş qüvvələrin İP-dən çıxarır. Müsavatın İP-dən qopması ilə AXCP-ACP- AMİP və Lalə Şövkət ittifaqının yaradılması ehtimalı özünü doğruldacaq. Bunu isə yaşayıb görməliyik.