İran daha bir etirazçını edam etdi
İranda baş verən etiraz aksiyaları zamanı həbs olunan daha bir etirazçı edam olunub.
Miq.Az "Associated Press” agentliyinə istinadən xəbər verir ki, Məcidrza Rəhnəvərd Məşhəd şəhərində ictimaiyyət qarşısında asılaraq edam olunub.
Məlumata görə, Rəhnəvərd təhlükəsizlik qüvvələrinin iki əməkdaşını qətlə yetirməkdə ittiham olunub.
Xatırladaq ki, bu, İranda sentyabr ayından davam edən aksiyalar çərçivəsində edam olunan ikinci etirazçıdır. İlk edam olunan etirazçı isə Möhsen Şakiri adlı gənc olub.