İran eksperti: Təbrizdəki konsulluq da bağlansın!

İran eksperti: Təbrizdəki konsulluq da bağlansın!

İranın "Səhər” kanalında növbəti dəfə Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirilib.

Axar.az xəbər verir ki, kanalda yayımlanan verilişlərin birində çıxış edən ekspert Azərbaycanı Təbrizdəki konsulluğu bağlamağa çağırıb.

Aparıcının "Tehrandakı səfirlik bağlansa, Təbrizdəki konsulluq nə olacaq” sualına həmin şəxs "Əgər Tehranı təhlükəli yer hesab edirlərsə, o zaman Təbrizdəki konsulluğu da boşaltsınlar” cavabını verib.

Ekspertlər isə sosial şəbəkələrdə bunu "Səhər” kanalı vasitəsilə İranın mesajı kimi qiymətləndiriblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az