İran parlamentində atışma, ölənlər var

İran parlamentində atışma, ölənlər var
Parlamentdəkilər girov götürülüb

İran parlamentinə baş verən atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb. "Tasnim" agentliyinin məlumatına görə, ölən və yaralananlar parlamentin mühafizə xidmətinin əməkdaşlarıdır. Atışma davam edir.

****
Mərkəzi İranda yerləşən "Tasnim" agentliyinin məlumatına görə, parlamentə daxil olan silahlılar bəzi işçiləri girov götürüblər. Atışma hələ də davam edir.

Mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. Silahlı şəxslərin 3 nəfər olduğu bildirilir. 

İranda Xomeyninin məqbərəsində silahlı şəxs atəş açıb. Yaralıların olduğu bildirilir. 

*****

İranda silah səsləri eşidildi. İstiPress-in məlumatına görə, ölkə parlamentində atışma baş verib.

Atışma haqqında məlumatı  ölkə mediası yayıb. Hələlik hadisənin təfərrüatları, atəş açanın kimliyi və s. məlumatlar verilmir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az