İran Yəməndə hakimiyyət çevrilişi etdi

İran Yəməndə hakimiyyət çevrilişi etdi

Vətəninfo.az  xəbər verir ki, Parisdə baş verən silahlı hücumun bir nömrəli səbəbkarı Kuaşi qardaşların Yəmən Əl-Qaidəsinin adından fəaliyyət göstərdikləri açıqlandıqdan sonra, Yəməndə bir həftə içərisində “İran çevrilişi” baş verdi. Yəmən prezidenti Əbdrabbuh Mənsur Hadiyəni ev həbsində saxlayan İran tərəfdarı Husi silahlıları hakimiyyəti ələ keçiriblər.

Məlumata görə, Riyad və Tehranın regional rəqbətinə səhnə olan Yəmən də İranın müdafiə etdiyi və silahlandırdığı “Şiə Ənsurullah Hərəkatı (Husilər) paytaxt Sana daxil olmaqla iki şəhəri çıxmaq şərti ilə ölkədə ərazisndə hakimiyyəti ələ alıb. Məlumata görə, Husilər Riyad tərfindən müdafiə edilən prezident Hadiy ilə hakimiyyətin idarə edilməsi lə bağlı masa arxasında oturublar və prezident Hadiyəni irəli sürdükləri tələbləri qəbul etməyə məcbur ediblər.

Məlumata görə, İranın müdafiə etdiyi silahlı təşkilat prezident qarşısında qoyduqları tələblərdən biri Yəmən konustitusiyasında dəyişikliklərin edilməsi, Beynəlxalq Sülh və Əməkdaşlıq razılaşdırmasının həyata keçirilməsi, ölkənin təhlükəsizliyinin müdafiə edilməsi istiqamətində çatışmamazlıqların aradan qaldırılmasdır. Yəmən prezidnet sarayından edilən açıqlamada Husilərin dövlətin müxtəlif rəsmi dairələrində vəzifələrə təyin edilmə haqqının olduğu və Yəmən Şura Məclisində üzvülərinin sayının artırılması üzün hakimiyyətin üzərinə öhtəlik götürdüyü qeyd edilməklə yanaşı, Husilərin də prezident ofisinin müdiri Əhməd Avad bin Mübarəki azad etmək və paytaxtdakı silahlı mühasirəni dayandırması təminatı verdiyi qeyd edilib. 

Məlumata görə, Husilərin lideri Əbdülməlik Əl Husi ələ keçirdikləri dövlət televiziyasında etdiyi çıxışı zamanı “hakimiyyət korrupsiya və zorbalıq batağına düşümüşdür”-deyib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az