İrana son xəbərdarlıq edildi: “Artıq danışıqlar da fayda verməyəcək”

İrana son xəbərdarlıq edildi: “Artıq danışıqlar da fayda verməyəcək”

ABŞ Dövlət katibi Entoni Blinken Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatından sonra İranın nüvə anlaşmasına qayıtması üçün çox vaxt qalmadığını bəyan edib.

Miq.Az xəbər verir ki, alman həmkarı Hayko Maasla görüşündə Blinken dəqiq tarix verməyəcəyini, ancaq razılaşmaya dönməyin faydalı olmayacağı bir nöqtəyə yaxınlaşdıqlarını vurğulayıb.

Maas da Tehrandan verilən gecikmə siqnalının çox uzun çəkdiyini bildirib.

O, Tehranı tez bir zamanda danışıqlar masasına gətirmək üçün İranın yeni xarici işlər naziri ilə telefonla danışdığını da xatırladıb.

Beynəlxalq Atom Agentliyinin dünən yaydığı hesabatda BMT müfəttişlərinin bəzi nüvə stansiyalarında araşdırmalarını dayandırmasından sonra İranda aparılan yoxlama fəaliyyətlərinin ciddi şəkildə əngəlləndiyi vurğulanıb.

Mühafizəkar İbrahim Rəisinin prezident postuna keçməsindən sonra İranın nüvə anlaşmasına 2-3 ay ərzində qayıtmasının mümkün olmayacağı açıqlanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az