İranda güclü zəlzələ: ölən və yaralılar var

İranda güclü zəlzələ: ölən və yaralılar var

İranın paytaxtı Tehranda 5,1 bal gücündə zəlzələ baş verib.

"Tasnim” bu məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya istinadla yayıb.

Yeraltı təkanlar Tehran vilayətinin Dəmavənd rayonunda yerli vaxtla saat 00:48-də, 7 kilometr dərinlikdə qeydə alınıb.

Dəmavənd Sağlamlıq Mərkəzinin prezidenti Həsən Xeyirxah Rudəhan bölgəsində zəlzələ baş verən zaman təlaşla evdən çıxmaq istəyərkən beyin sarsıntısı keçirən 60 yaşlı bir şəxsin öldüyünü açıqlayıb.

Daha 11 nəfərin xəsarət aldığı bildirilir.

Eyni zamanda, 5,1 bal gücündə zəlzələdən sonra 3,9 bal gücündə dörd ardıcıl təkanın baş verdiyi qeyd edilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az