İrandan Azərbaycana qarşı HÖRMƏTSİZLİK — Azərbaycan bayrağının yığışdırılması ETİRAZ YARATDI (VİDEO)

İrandan Azərbaycana qarşı HÖRMƏTSİZLİK — Azərbaycan bayrağının yığışdırılması ETİRAZ YARATDI (VİDEO)

Oktyabrın 2-6-sı tarixlərində Təbriz şəhərində reallaşan "Tour of İran” Beynəlxalq Velosiped yarışı zamanı Azərbaycana qarşı hörmətsizlik edilib. 

Demokrat.az xəbər verir ki, sözügedən yarışda Azərbaycan komandası təmsil olunsa da, ancaq 
dünya ölkələrinin bayraqları arasında Azərbaycan bayrağı yer almayıb. 

Təşkilatçı ölkə olan İranın Azərbaycana qarşı bu cür addım atması Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanovun etirazına səbəb olub. 

Etirazdan təqribən 40 dəqiqə sonra təşkilat komitəsinin məsul şəxsləri F.Qurbanovdan üzr istəyiblər və Azərbaycan bayrağını ən yüksək mövqedə yerləşdiriblər. Yalnız bundan sonra Azərbaycan komandası yarışa qatılıb.

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az