Artıq bir neçə gündür əhalinin şəxsi istifadəsi üçün İran İslam Respublikasından gətirdiyi ərzaq məhsullarına Culfa Gömrük Keçid məntəqəsində qadağa qoyulub. “Vətəninfo.az”ın RATİ-nin yaydığı məlumatda istinadən yaydığı xəbərə görə, İran tərəfdən naxçıvanlıların ərizaq məhsulları gətirməsinə məhdudiyyətlər olmasada, Culfa gömrükçüləri əhalinin gətirdiyi ərzaq məhsullarını ya anbara vurur ya da əhali özü gətirdiyi məhsulları Araz çayına atırlar. Artıq hər iki Culfanı birləşdirən, Araz çayı üzərində yerləşən körpünün altında çoxlu miqdarda atılmış ərzaq məhsulu yığışıb. Əhaliyə isə bunun hansı səbəbdən edildiyi açıqlanmır. “Bir neçə ildir ucuz olduğu üçün ailəmizin şəxsi istifadəsinə lazım olan ərzaq və sənaye məhsullarının çoxunu İrandan alıb gətirirdik. Bu bir çox vətəndaşın ailəsinin dolanışıq yeri idi. Indi bunu da qadağan edirlər. Vəziyyətimiz necə olacaq bilmirik. Açıqlama vermirlər. Sadəcə gömrükçülər olmaz deyərək, gətirdiklərimizi geri qaytarmağı və ya ambara vurmağı tələb edirlər” bunları RATİ-nin Naxçıvandakı müxbirinə danışan Naxçıvan sakinlərindən Elxan Məmmədov onu da əlavə edib ki,əhalinin çoxu isə əsəbləşərək gətirdiklərini körpüdən aşağı atır. RATİ-nin müxbiri məsələ ilə bağlı MR Dövlət Gömrük Komitəsində olaraq mətbuat xidmətinin rəhbəri ilə görüşmək istəsələrdə, cəhdləri baş tutmayıb. Mətbuat xidmətinin rəhbəri Rail Tahirli müxbirlərlə görüşməkdən və sualları cavablandırmaqdan imtina edib.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Ermənilər Şeyxi hədəfə aldı...