İranın Azərbaycandakı hücum dəstələri…

İranın Azərbaycandakı hücum dəstələri…
Fazil Mustafaya qarşı terror hücumunu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb: onların İranla bağlantılarına dair müəyyən detallar var.

Miq.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, hücumda İran izi ən çox ehtimal edilən versiyadır və hadisənin motivlərindən tutmuş hədəfinə qədər əksər detal diqqəti Tehranın üzərinə yönəldir:

"Terror aktının bir nəfər tərəfindən yox, qrup şəklində təşkil edilməsi və qrupa bağlı digər şəxslər haqda araşdırmanın davam etməsi "İranın Azərbaycanda göstəriş gələndə silahlı hücumlar təşkil etmək potensialına malik dəstələrinin olduğu” fikrini isbat edir. Bu əməliyyat həmin dəstələrin ifşa edilməsi və neytralaşdırılmasına yeni imkanlar yaradacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az