İranın hərbi potensialı yetərli deyil- ABŞ ilə mübarizə aparmaq üçün

İranın hərbi potensialı yetərli deyil- ABŞ ilə mübarizə aparmaq üçün
 
Miq.Az xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan zabit Ədalət Verdiyev ABŞ və İran arasında son zamanlar gərginləşən münasibətləri və iki dövlət arasında olan müharibə riskini belə izah edib:

- İranın hərbi potensialı ABŞ ilə mübarizə aparmaq üçün yetərli deyil;
- 6 milyard dollarlıq İran hərbi budcəsi 738 milyard dollarlıq ABŞ büdcəsi qarşısında çox cılız görünür, son aylarda başlanan infliyasiyanı nəzərə alsaq, Tehranın maliyyə imkanlarının dəfələrlə azaldığı məlumdur;
- Hərbi əməliyyatlar İran dövlətinin ərazisində, onun sərhədlərində, sahillərində və ya ərazi sularında aparılacaq;
- Tehranın ABŞ ərazisinə zərbə endirmək şansı sıfra bərabərdir;
- ABŞ hərbi əməliyyatlara hər birinin hərbi potensialı İrandan dəfələrlə yüksək olan bir neçə müttəfiqini və İranın rəqiblərini rahatlıqla hava əməliyyatlarına və ya koalisiyaya cəlb edə biləcək;
- İran isə bu müharibədə tam yalnızdır, sadəcə ABŞ rəqiblərindən mənəvi dəstək ala bilər ki, bu da indiki mərhələdə dəstək verən üçün də çox təhlükəlidir;
- İrandakı daxili siyasi və iqtisadi vəziyyət müharibəyə başlamaq üçün əlverişli hesab edilə bilməz."

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az