İranın yük maşınları yenə Qarabağa gedir? - VİDEO

İranın yük maşınları yenə Qarabağa gedir? - VİDEO

Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınlarının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Azad İran” teleqram kanalı yayıb.

Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndinə gedən böyük tutumlu yük maşınlarını görmək olar.

Xatırladaq ki, bir neçə gün əvvəl "Azad İran” teleqram kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az