İranlı neft mütəxəssisləri SOCAR-da
SOCAR-da İranın neft mütəxəssisləri ilə görüş keçirilib.
Görüş 2014-cü ilin avqustunda İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumuna əsasən keçirilib.
Memoranduma əsasən, vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib.
Bununla əlaqədar, avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Nümayəndə heyəti səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-ın Baş ofisində akademik Xoşbəxt Yusifzadə ilə görüşüb. Görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulanıb.
Axar.az