"İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır"
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla dəmir və avomobil yolunun açılışına hazır olduğunu bildirib.
Rəsmi Bakı da kommunikasiya xətlərinin açılmasını istəyir. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması nə dərəcədə maraqlarımıza cavab verir? Təsəvvür edin ki, İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır.
Bu milli və təhlükəsizlik maraqlarımıza ziddir. Hamıya dönə-dönə bəyan etməliyik ki, sülh sazişi imzalanmadan, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması mümkün deyil. Elə anlaşılmasın ki, Azərbaycan kommunikasiya xətlərinin açılması naminə Ermənistanın Qarabağla bağlı iddialarına seyrçi qalacaq.
Elxan Şahinoğlu, politoloq