İrəvanda daha bir polis əməkdaşı öldürüldü

İrəvanda daha bir polis əməkdaşı öldürüldü
İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.

Bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. 

Atışma nəticəsində 1986-cı il təvəllüdlü polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır. /Apa.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az