İrəvandan Kamilin saxlanılmasına REAKSİYA

İrəvandan Kamilin saxlanılmasına REAKSİYA
Ermənistan Baş Prokurorluğu idmançı Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib. Bu barədə "Sputnik"in Ermənistan xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan Baş Prokurorluğunda İrəvanın sorğusu əsasında Kamil Zeynallının Moskvada saxlanması ilə bağlı rəsmi məlumat yoxdur.

 

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. "Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir./Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az