İşğal olunan ərazilərimizdə vəba yayılıb

İşğal olunan ərazilərimizdə vəba yayılıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağbölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb.

"Report” xəbər verir ki, bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.
Qeyd edək ki, yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.
Bir neçə il bu xəstəlik Gürcüstan, Belarus və Ukraynada da kütləvi şəkildə yayılmışdı. 2017-ci ildə isə Rusiyanın Omsk, Tümen və Kalininqrad vilayətlərində qeydə alınıb.
Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az