İŞİD-də döyüşən azərbaycanlılara hökm oxundu - 26 il həbs

İŞİD-də döyüşən azərbaycanlılara hökm oxundu - 26 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda İŞİD terror təşkilatının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Mahmudov 14 il, E. Əsgərov 12 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar 2012-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)”, "Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az