İŞİD-in narıncı kəfənləri haradan gətirilir?

İŞİD-in narıncı kəfənləri haradan gətirilir?
İŞİD-ın təbliğat, təhdid və edam videolarında əsirlərə narıncı rəngli paltar geyindirdiyi hamıya məlumdur. Bəs, görəsən, ABŞ-ın 11 sentyabr hadisələrindən sonra Quantanamo həbsxanasında saxlanılan müsəlman əsirlərə geyindirdiyi narıncı paltarları xatırladan bu narıncı kombinizinlar haradan gətirilir?
Miq.az  "Zaman Azərbaycan"a istinadən bildirir ki, bu haqda ətraflı araşdırma aparan Almanyanın "Die Welt" qəzeti maraqlı məlumatlar əldə edib. Araşdırma zamanı İŞİD terror qruplaşmasının əsirlərə geyindirdiyi paltarların bəzi hissələri və markasının adları yaxınlaşdırılaraq fotoşəkili çəkilib. "Screenshot" edilərək əldə edilən fotoşəkillərdə cib hissəsi bağlı olan və sol cibin üzərində etiket olan paltarların pambıq parçadan tikildiyi məlum olub. Sol cibin üzərində yazılan marka isə "Prime Captain" və"Taha" olub.
Araşdırmalar Yaxın Şərq və Asiyadakı bəzi şirkətlərə qədər gedib çatıb. Həmin markaların Türkiyə, BƏƏ, Çin, Hindistan və Banqladeş aid olduğu aydınlaşdırılıb. Məlum olub ki, "Prime Captain" markalı kombinizonlar Dubaydakı "Al Baqeh Building Materials" adlı şirkətlə əlaqəli bir mağazada 10 dollara satılır.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az