İŞİD-in vərəqələrini yayan iki müəllimə tutuldu
Özbəkistanın Fərqanə vilayətinin Kokanda şəhərindəki orta məktəbdə
İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının vərəqələrini yayan
iki müəllim həbs edilib.
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici KİV-ə istinadən bildirir ki,
qadın müəllimələr Kokandadakı milis bölmələrindən birinə edilən telefon
zəngindən sonra saxlanılıblar. Şübhəlilərin mobil telefonu axtarış
aparılarkən İŞİD adından yayılan vərəqələrin faylları aşkar olunub.
Həmin vərəqələrdə Özbəkistanın indiki hakimiyyətinin devrilməsinə
çağırış edilir.