Abdullah Gül : “ Bu elə bir təşkilatlanma oldu ki, birdən-birə təbii olaraq Avropa ilə İngiltərəni,Fransa ilə Yaxın Şərqi bir-birinə bağlamış oldu”
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyədə Marmara Qrup Vəqfi tərəfindən təşkil olunan 18-ci Avrasiya İqtisadi zirvəsində çıxışı zamanı Twrkiy'nin sabiq prezidenti Abdullah Gül bildirib.
Abdullah Gül qeyd edib ki, Yaxın Şərqdəki baş verənlərin insanlıq adına çox təssüf doğurur. Yaxın Şərqdə uzun bir zaman davam edəcək müharibələrə fürsət verilməməsinin vacib olduğunu vurğulayan Abdullah Gül əlavə olaraq qeyd edib ki, Yaxın Şərqdə uzun bir zaman davam edəcək qarşıdurmalar,mühariblər,çatışmalar vakkum yaradır:
“Bu sanki “Pandoranın Kutusu”nu açmağa bənzəyir. İraqda baş verənləri gördük. Müharibənin Suriyaya keçməsi ayrı bir fəlakət gətirdi. Birdən-birə sərhədlərin mənasızlığı,cəmiyyətlərin necə birləşdiyi ortaya çıxmış oldu. Bu prosesdə ən çox məyus olanlar müsəlmanlardır. Çün ki, radikallaşma və sonunda da terrorizim... Bu iqlim Yaxın Şərqdə yaranmasaydı,bu tip təşkilatlanmaların da ortaya çıxması mümkün olmayacaqdı. Çün ki, 4-5 il geriyə dönüldüyündə gördüyümüz budur: vətəninə,ailəsinə,ölkəsinə bağlı insanlar,ölkələri qarşıdurma.müharibəyə cəlb olunduğunda,hər kəs özünə bir yol seçir. Bu yol insanları yuxularında görməyəcəyi hadisələrə gətirib çıxarır”.
Türkiyənin 11-ci prezidenti terror təşkilatı İŞİD-lə bağlı da fikirlərini səsələndirib. Abdullah Gül qeyd edib ki, Türkiyənin DEAŞ adlandırdığı və ya İŞİD olaraq bilinən bu yeni təşkilatlanmış terror təşkilatının bölgədə mütləq yenilənməsi vacibdir:
“Bu elə bir təşkilatlanma oldu ki, birdən-birə təbii olaraq Avropa ilə İngiltərəni,Fransa ilə Yaxın Şərqi bir-birinə bağlamış oldu. Çün ki, bu ölkələrdən adətən insanlar hazırlanır və təşkilata qoşulmaq üçün gəlir.Əslində ortaya çıxan bir fonemen, bir dağıdıcılıq, bir ümidsizlik, ədalətsizlik, kasıbçılıq, təhsilsizliyim ortaya çıxardığıbir fonemen təşkilatdır bu İŞİD dediyimiz şey. Bu formalaşdırılmış təşkilatı sadəcə hərbi tədbirlərlə geriyə qovdurmaq,yox etmək yetərli deyil. İŞİD-i yox etmək üçün təkcə “hard power” qurumlardan deyil,eyni zamanda da “soft power” qurumlardan da istifadə etmək lazımdır. Bölgənin insanlarının yola gətirilməsi,tayfalar,qəbilələrin liderləri ilə yaxşı formada danışlıması və bu tayfa və qəbilələr ümidləndirilməli,sabit və dinamik idarəçiliyin qurula biləcəyinin göstərilməsinin vacib olduğu qənaətindəyəm. Bunun həyata keçməsi üçün isə geniş bir əməkdaşlıq vacibdir”.
Vətəninfo.az